İRANDAN YENİ TƏXRİBAT... - Tehran Azərbaycanda dünyəvi dövlət quruluşunu hədəf alır

İranın ali dini rəhbəri Əli Xameneyinin ofisinin mətbuat orqanı sayılan “Keyhan” qəzeti Azərbaycan Respublikası ilə bağlı daha bir təxribat xarakterli məqalə dərc edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Nəşrdə Ukrayna müharibəsi, Şərqi Avropa və dünyada baş verən sürətli proseslər fonunda Azərbaycan hökumətinin müsəlmanlara qarşı amansız davrandığı, şiələrə qarşı zorakılıq hallarını artırdığı iddia edilib.

Məqalədə Taleh Bağırzadənin adının qarşısına dini rütbə sayılan “höccət-ül-islam” adı əlavə edilib və onun “sionistləri və vəhhabiləri ifşa etdiyi üçün” həbs edildiyi iddia olunub.

“Bu gün Azərbaycanda müsəlmanların - şiələrin başına gətirilənlər keçmiş Sovet İttifaqı dövründə dindarlara münasibətdən daha pisdir. Ona görə də Stalinin vaxtındakı qorxu dövrü ilə müqayisə olunacaq bir vəziyyət yaranıb”, - deyə Xameneyinin ofisinin qəzeti yazıb.

Məqalədə Azərbaycanda başqa dinlərə və məzhəblərə, o cümlədən yəhudi, xristian, bəhai, krişnaid və s. qarşı müsbət yanaşma, İslam dininə qarşı isə düşmənçilik olduğu iddia edilib, bundan başqa, yəhudi dini məbədlərinin fəaliyyəti xüsusi həssaslıqla qeyd olunub.

Bütünlüklə Azərbaycanda dünyəvi dövlət quruluşunu hədəf alan uzun məqalənin sonunda rəsmi Bakı bir daha İslam düşməni kimi qələmə verilib, bütün iddia olunanların isə ABŞ və İsrailin göstərişi ilə həyata keçirildiyi bildirilib.

Nəşrdə həmçinin Azərbaycanda İsrail qüvvələrinin, vəhhabi yaraqlılarının və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının olması barədə İran rəsmilərinin iddiaları da yer alıb.

Qeyd edək ki, “Keyhan” qəzetinin baş redaktoru, radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Seyid Əi Xameneyinin tapşırığı ilə təxribat xarakterli yazılar dərc edir. Nəşrdə dərc olunan yazılar İranın ali dini rəhbəri Əli Xameneyinin başçılıq etdiyi mühafizəkar qanadın, SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) və ETTELAAT-ın (İnformasiya Nazirliyi) mövqeyini əks etdirir.

635x100

Şərhlər

Türk Turan 2022-08-03 01:58:10

Tehran bir qələt edir, xamenei ilə birlikdə başını da vurur divara. Onların kimin oyuncağı, hansı imperialist qüvvələrin əlaltıları olduğunu doğru təsbit eləmək lazımdır ki, biz həqiqətin nə olduğunu bilək...

Rasim Vəliyev 2022-07-06 10:59:39

Azərbaycanda dövlət qurluşunun növünü bilən varmı? Qeyri müəyyən quruluş nə Sovetə,nə kapitalist.nə də feodalizmə uyğun gəlir.Kim bunun adını tapa bilsə Nobel-ə namizəd olacaq.

Xeqani 2022-07-03 07:55:59

fars şovinizmi sağalmaz yaradır daim irinləyir.Mən belə fikirləşirəm ki onlar mūsəlman dini pərdəsi altında əsasən mūsəlman dūnyasında nifaq yaratmağa kökləniblər haylar kimi...

musa 2022-07-02 18:18:15

tehranın bu fahişə mətbu orqanı onların ağaları İslama sığmayan işlər görə görə bizi allahsızlıqda ittiham edir .

VƏTƏNDAŞ 2022-07-02 12:26:07

İran Azərbaycanın düşmənidir.

t.ədalət 2022-07-02 12:18:58

İranın başına qardaş və doğma Türkiyənin daşı düşüb.İranın şeyitbaz rəhbərlərinə elə özlərinin dostu olan Allahşükür Pasşazadənin iradı ilə cavab vermək yerinə düşər:-- Qarabağda ermənilər məscidlərimizi donuz damına çevirəndə,nə əcəb səsiniz çıxmırdı?erməninin .....u,sizin üçün,yəni bu qədər şirindir?

Son yazılar