Menu

Azərbaycan və Böyük Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri görüşüblər

05.07.2022, 08:57
Azərbaycan və Böyük Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri görüşüblər

Böyük Britaniyanın Birmingem şəhərində Azərbaycan və Böyük Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri arasında görüş olub.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, bu qurumun vitse-prezidenti və büro üzvü Azay Quliyev tviterdə yazıb.

“Azərbaycan və Böyük Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri Böyük Britaniyanın Birmingem şəhərində səmərəli görüş keçirib və həm ikitərəfli formatda, həm də ATƏT PA çərçivəsində əməkdaşlığı müzakirə ediblər”, - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol