Menu

İranın energetika naziri sabah Azərbaycana gələcək

05.07.2022, 18:33
İranın energetika naziri sabah Azərbaycana gələcək

İranın energetika naziri Əli Əkbər Mehrabian Azərbaycana bir günlük səfərə gələcək.

"Report" İRNA-ya istinadən xəbər verir ki, Mehrabian bu gecə Bakıya gələcək.

Nazirin ölkə rəsmiləri ilə görüşləri iyulun 6-na planlaşdırılıb.

Səfər zamanı enerji sahəsində əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol