Menu

Britaniya Polşaya tanklar yerləşdirir

06.07.2022, 20:38
Britaniya Polşaya tanklar yerləşdirir

Britaniya tanklarını Polşaya yerləşdirməyə başlayıb. “Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak məlumat verib.

Onun sözlərinə görə, məqsəd NATO-nun şərq sərhədlərini gücləndirməkdir: "Artıq Britaniyanın "Challenger" tank bölməsi Polşaya gətirilir".

Qeyd edək ki, NATO bu günlərdə Rusiyanı strateji təhlükə saydığını açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol