Yaponiyanın keçmiş baş naziri Şinzo Abeni güllələyən şəxsin kimliyi müəyyənləşib. O, Yaponiyanın Nara şəhərinin sakini, keçmiş dənizçi 41 yaşlı Tetsuya Yamaqamidir.
T. Yamaqami polisə verdiyi ilkin ifadəsində bildirib ki, keçmiş Baş nazirin yürütdüyü siyasətindən narazı olub və onu öldürmək qərarına gəlib.
***
Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri Sindzo Abe vəfat edib.
“Report” xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
***
Yaponiyanın Nara şəhərində ölkənin sabiq baş naziri Sindzo Abeyə çıxışı zamanı naməlum şəxs tərəfindən hücum edilib. “Report” xəbər verir ki, bu barədə NHK agentliyi məlumat yayıb.
Bildirilib ki, Sindzo Abe xəsarət alıb. Məlumata görə, hadisə yerində azı iki atəş səsi eşidilib.
Vurğulanıb ki, S.Abe huşsuz vəziyyətdə xəstəxanaya qaldırılıb.
Xəbərə görə, 68 yaşlı siyasətçiyə hücum edən şəxs saxlanılıb.
Qeyd edək ki, Sindzo Abe 2006-2007-ci illərdə və 2012-2020-ci illərdə baş nazir vəzifəsində çalışıb. O, ölkə tarixinin ən uzunmüddətli baş naziri olub.

Mənbə: NHK telekanalı


Şərhlər