Menu

İran və Rusiya qarşılıqlı ticarətdə dollarla hesablaşmalardan imtina etməyi planlaşdırır

09.07.2022, 18:43
İran və Rusiya qarşılıqlı ticarətdə dollarla hesablaşmalardan imtina etməyi planlaşdırır

İran və Rusiya qarşılıqlı ticarətdə dollar və avro ilə hesablaşmalardan imtina etməyi planlaşdırır.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İran Mərkəzi Bankının rəhbəri Əli Salehabadi Rusiyaya səfərindən sonra keçirdiyi brifinqdə deyib.

O vurğulayıb ki, Rusiya rəsmiləri ilə aparılan danışıqlar çərçivəsində əlaqələrin davamlı şəkildə genişləndirilməsi üçün maliyyə-bank bazasının hazırlanmasına dair razılıq əldə olunub.

Onun sözlərinə görə, Tehran və Moskva tezliklə ticarət əməliyyatlarında milli valyutada hesablaşmalara keçəcəklər.

A.Salehabadi əmin olduğunu bildirib ki, həm İran, həm də Rusiya sazişlərin müsbət nəticələrini hiss edəcəklər.

İran nümayəndə heyəti Rusiya paytaxtına iki günlük səfər çərçivəsində baş nazirin müavini Aleksandr Novak tərəfindən qəbul edilib.

Şərhlər

Vetendaş 2022-07-09 19:03:26

Salam azpoltko .Berde- Ağcabədi rayonlarına yeni Polis rəisləri təyin olunub ehaliye divan tuturlar. İşıqlandıra bilərsiniz..? Post patrul maşınları sürücüləri saxlayır kemer taxmadıgına görə irad bildirir. Sürücü etiraz edəndə polisə zor tedbiq etdin deyə hebs edib 2 min manat cərimə edirlər. Yol polislərnin maşınlarında Polis şöbesinin emekdaşı oturur, adamları tutub maşınla birlikdə avto duracaga yox bir başa Şöbəyə aparırlar, bu sadecə 2 tedbiq olunan şiddet növüdü artıq her rayonda yüzlərlə belə hal var. Xalqla dövlətin etimadına zərbə vururlar. Kömək edin xaiş edirik

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol