Menu

Özbəkistan prezidenti Qaraqalpaqıstanla bağlı qərar verdi

13.07.2022, 17:40
Özbəkistan prezidenti Qaraqalpaqıstanla bağlı qərar verdi

Qaraqalpaqıstanda komendant saatının müddəti 10 saatdan 6-ya endiriləcək. Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qərar verib.

“Saat 21:00-dan səhər saat 7-dək” əvəzinə “saat 23:00-dan səhər saat 5-ə kimi” yeni komendant saatının təyin edilməsi haqqında qərar “Qaraqalpaqıstan Respublikasında vəziyyətin sabitləşməsi və region sakinlərinin həyatının əvvəlki axarına qayıtması” nəzərə alınmaqla qəbul edilib”, - deyə dövlət başçısının mətbuat katibi Şerzod Əsədov bildirib.

Qısaldılmış komendant saatının hansı gündən qüvvəyə minəcəyi barədə isə məlumat verilmir.

Xatırladaq ki, baş verən kütləvi iğtişaşlardan sonra iyulun 3-dən avqustun 2-dək Qaraqalpaqıstanda fövqəladə vəziyyət tətbiq edilib. (Mənbə: Fergana.agency)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol