Menu

Tovuzda tələfatla nəticələnən yanğın

08.11.2014, 10:10
Tovuzda tələfatla nəticələnən yanğın

ANS-in FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.

Məlumata görə, ümumi sahəsi 20 kv.m olan tövlənin yanar konstruksiyaları yanıb, bu zaman tövlədə olan 2 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Yaxınlıqda olan ot tayaları və ev yanğından mühafizə olunub.

Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol