Menu

RUS ORDUSU UKRAYNADA QƏTLİAM TÖRƏTDİ - Matəm elan olundu + VİDEO (Yenilənib)

14.07.2022, 20:29
RUS ORDUSU UKRAYNADA QƏTLİAM TÖRƏTDİ - Matəm elan olundu + VİDEO (Yenilənib)

Rusiyanın raket hücumu nəticəsində Ukraynanın Vinnitsa şəhərində ölənlərin sayı 22 nəfərə çatıb. "Report" "Ukraina Online"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.

Bildirilib ki, 39 nəfərin taleyindən hələ ki xəbər yoxdur və axtarışları davam etdirilir.

19:50

Rusiyanın raket hücumuna məruz qoyduğu Ukraynanın Vinnitsa şəhərində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq birgünlük matəm elan olunub.

UNIAN xəbər verir ki, iyulun 15-i Vinnitsa şəhəri və daxil olduğu vilayətdə bayraqlar endiriləcək, hadisənin qurbanları yad ediləcək.

***

Rusiyanın Ukraynanın mərkəzində yerləşən Vinnitse şəhərini raket atəşinə tutması nəticəsində 12 nəfər ölüb, 30 nəfər yaralanıb.

“RBK-Ukraine” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar üzrə Xidmətindən bildirilib.

Xilasedicilərin məlumatına əsasən, raket 9 mərtəbəli “Yubiley” məişət evinin yaxınlığına düşüb. Raket hücumu nəticəsində 25 avtomobil yanıb. Hadisə yerində 90 xilasedici fəaliyyət göstərir.

Məlumata görə, ölənlər dinc sakinlərdir. Onların arasında uşaq da var.

Zaur

BakuPost

Şərhlər

111 2022-07-14 22:17:58

Allah bəlasını versin Rusiyanın

t.ədalət 2022-07-14 19:44:40

Deməli,Rusiyanın yaşayış yerlərini də raket atəşinə tutmaq lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol