Menu

Putin Roqozini vəzifəsindən azad etdi

15.07.2022, 16:47
Putin Roqozini vəzifəsindən azad etdi

Rusiya Prezidenti Vladimir Putin “Roskosmos” dövlət korporasiyasının rəhbəri Dmitri Roqozini istefaya göndərib.

“TASS” xəbər verir ki, V.Putin bu barədə sərəncam imzalayıb. 58 yaşlı Dmitri Roqozin 2018-ci ilin mayından bu vəzifədə çalışıb.

Vladimir Putin, həmçinin Denis Manturovun Rusiya Federasiyası baş nazirinin müavini - sənaye və ticarət naziri vəzifəsinə təyin olunması barədə sərəncam imzalayıb.

Putinin digər bir sərəncamı ilə Yuri Borisov Rusiya Baş nazirinin müavini vəzifəsindən azad edilərək “Roskosmos”un baş direktoru təyin edilib.

Yuri Borisov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol