Menu

İraqda avtomobilə dron hücumu nəticəsində beş nəfər ölüb

17.07.2022, 19:44
İraqda avtomobilə dron hücumu nəticəsində beş nəfər ölüb

İraqın şimalında yerləşən Neynəva əyalətində pilotsuz uçuş aparatının avtomobilə hücumu nəticəsində 5 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "SHAFAQ News" xəbər portalı məlumat yayıb.

Əyalət təhlükəsizlik rəsmisinin sözlərinə görə, dron dörd kişi və bir qadının olduğu avtomobili hədəf alıb.

Hadisə nəticəsində onların hamısı həlak olub, avtomobil isə yanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol