Menu

Xameneinin Zəngəzurla bağlı paylaşımı narazılıq doğurdu - "Onun fikirləri cəfəngiyyatdır” + FOTO

20.07.2022, 15:18
Xameneinin Zəngəzurla bağlı paylaşımı narazılıq doğurdu - "Onun fikirləri cəfəngiyyatdır” + FOTO

“İranın ali rəhbəri Əli Xameneinin səsləndirdiyi fikirlər tam əsassızdır. Bu, bir ittihamdır. Əli Xameneinin bəyanatından elə çıxır ki, Azərbaycan Ermənistanla İran arasındakı sərhədin önünü kəsmək niyyətindədir. Azərbaycandan kim İranla Ermənistan arasındakı sərhədin bağlanması barədə çıxış edib? Bu, cəfəngiyyatdır. Zəngəzur dəhlizinin reallaşdırılması heç də İranla Ermənistan sərhədinin bağlanması demək deyil”.

Bunu “Report”a politoloq İlqar Vəlizadə bildirib.

Onun fikrincə, bununla belə İran Zəngəzur dəhlizinin qarşısını alan əsas ölkə deyil: “Mən bu yanaşmanı dəstəkləməzdim. Ümumiyyətlə İran rəsmisinin bu cür bəyanatla çıxış etməsi boş bir ittihamdır. İranda bəzi dairələr prosesləri qavramırlar. Çünki Azərbaycan digər ölkələrlə birlikdə irimiqyaslı layihələr həyata keçirir. İşğaldan azad olunan ərazilərdə yeni infrastrukturun yaradılması İranda kimisə narahat edir. Başa düşmürlər ki, yeni infrastrukturun yaradılması İranın da xeyrinədir. Çünki İran illərdir Cənubi Qafqaz ölkələri, xüsusilə Ermənistanla normal nəqliyyat əlaqəsi yarada bilməyib. Vaxtilə xüsusilə Culfada dəmiryolu işləyirdi ki, bu birbaşa İranla Ermənistanı birləşdirən kommunikasiya xətti idi”.

Siyasi şərhçi deyib ki, hazırda həmin kommunikasiyalar bərpa olunur: “Bundan digər iştirakçıların da istifadə etmək haqqı var. Bu, Türkiyədir, Mərkəzi Asiya ölkələridir və s. Bu, Azərbaycanla yanaşı onların da nüfuzunu artırır. Ermənistanı isə daha da arxa plana atır”.

Politoloqun sözlərinə görə, ümumiyyətlə kimlərsə Azərbaycanla İran arasında destruktiv proseslərin yaranmasında maraqlıdır və Ə.Xameneiyə yanlış məsləhətlər verirlər.

İ.Vəlizadə vurğulayıb ki, hazırkı regional proseslərdə əsas məqsəd iştirakçıları bir nöqtəyə kökləməklə müxtəlif problemlərin, o cümlədən ekoloji problemlərin həllinə dəvət etmək olmalıdır, problemlərdən fikirləri yayındırmaq yox.

Qeyd edək ki, Xamenei iyulun 19-da özünün “Twitter” səhifəsində etdiyi paylaşımında Ermənistan-İran sərhədinin bağlanması ehtimalından narahatlığını dilə gətirib.

“Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Ancaq əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran bunun əleyhinə çıxacaq. Ona görə ki, bu sərhəd neçə min illik əlaqə yoludur”, - deyə Əli Xamenei iddia edib.

Onu da qeyd edək ki, İran saytlarının Xameneinin paylaşımını yaydığı səhifələrin şərh bölümlərində sosial şəbəkə istifadəçiləri ali dini rəhbəri riyakarlıqda, həqiqətləri təhrif etməkdə günahlandırıblar.

Onlar Xameneinin “Qarabağın qayıtmasına sevinirik” ifadəsinin yanlış olduğunu bildirib, onun Qarabağın Azərbaycan Ordusu tərəfindən azad edilməsini etiraf etməyə dilinin gəlmədiyini bildiriblər.

Bir çox sosial media fəalı “Qarabağ öz-özünə qayıtmadı, Azərbaycan Ordusunun igidliyi, minlərlə şəhidin qanı bahasına geri qaytarıldı, azad edildi” deyə Xameneini saxtakar adlandırıblar.


Şərhlər

turan 2022-07-21 00:29:08

İnsanın vaxtı çatanda Allah birinci onun ağlını alır

xomeneyiyə 2022-07-20 18:13:11

Xomeneyi açıq-aydın ermənipərəstdir! iran molla rejimi əvvəl-axır çökməlidir!

Türk Turan 2022-07-20 17:41:53

xamenei narahat olmaqda davam eləsin, bizə də bu lazımdır. Belə vəziyyətlərdə onun və mollalarının saxtakarlığı, ikiüzlülüyü, xainliyi, uşaq, qadın qatili, müsəlman yox kafir olduğu üzə çıxır.

Eli 2022-07-20 17:23:37

İran İslam respublikası eslinde fars molla rejimidir.Farslar sayı 40 millionu ötmüş azerbaycanlılara öz ana dilinde tehsil almağa imkan vermirler.Ancaq ermeniye araq konyak zavoduna kimi işletmeye şerait taradıb.İndi baxın milliyyetce azerbaycanlı olan Xameneyi farslaea nece sedaqetle xidmet efib ki uxun illerfir en yüksek vezifede olmaqla öz milletinin qatı düşmenidir.

Xirdalanli 2022-07-20 16:30:43

Sene ne aqirliq edir ki iran yolu ile kecib naxcivana getmek, gerek ermenistannan kecesen? Ermenistan yolunnan gedib tehqir olmax yaxsidimi? Onun gomruyunnen kecib yoxlanmaq sene xos gelirmi?

dadaşyev 2022-07-20 15:40:03

Deyilənə görə ağaye Xameneyi oriyer,senz.Yəni donqilidi.Çünki bəzi etibarlı qaynaqlardan sızan məlumatlara görə bu adam gecələr hamı yatandan sonra pərdələri örtüb xəlvətcə sulu qəlyan fısıldadır.Əlbəttə,ona görə deyil onun donqili olması.Belə ki donqililik qandan gələn bir şeydi.

Xazar 2022-07-20 15:32:01

bunun ağlı vəsavadı şeyx nəsrullah səviyyəsindədir. Necə 5-10 nəfər molla iranı bədbəxt edib...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol