Bir neçə aydır İranın "Salam Fərmandeh!" (Salam Komandir!) marşının müxtəlif ölkələrdə, həmçinin Azərbaycanda geniş təbliğatı aparılır. İmam Mehdiyə müraciətlə yazılmış bu mahnının, əslində İrandakı siyasi sistemin rəhbəri Seyyid Əli Xameneiyə həsr olunduğu bildirilir.
Marşın mətnində Xamenei ilə yanaşı İran İnqilab Keşikçilərinin (SEPAH) Qüds qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin adının çəkilməsindən də aydın olur ki, burada məqsəd təkcə 12-ci İmamın zühürünə çağırışdan ibarət deyil.
İran şiələr arasında yayılan Mehdi inancından öz məqsədləri üçün isifadə edərək, azyaşlı uşaqlara bu mahnını əzbərlədir və bu yolla "beyinyuma" əməliyyatını həyata keçirir. Hər halda təsadüfi deyil ki, bir neçə gün bundan öncə Yevlax şəhər Sahib Aliyev adına 1 saylı tam orta məktəbin müəllimi Nailə Babayeva da məhz azyaşlı şagirdlərə bu mahnını öyrətməyə çalışırdı.
"AzPolitika.info" bu mövzuda "Azad İran" kanalının apardığı araşdırmanı oxuculara təqdim edir:


Şərhlər
Məhəmməd Hüseyn Şəhriyar. Azərbaycan. Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan
Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan
Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub, mülkü-İran, Azərbaycan
Bisütuni-İnqilabda Şirin-Vətən üçin Fərhad
Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan
Vətən eşqi məktəbində can verməyi öyrənmişik
Ustadımız demiş heçdir vətənsiz can, Azərbaycan
Qurtarmaqçün zalımların əlindən Rəy şümşadını
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan
Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin
Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan
İgidlərin İran üçün şəhid olmuş, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan
Evladların nə vaxtadək tərki-vətən olacaqdır
Əl-ələ ver, üsyan eylə, oyan oyan Azərbaycan
Yetər fəraq odlarından kül ələndi başımıza
Dur ayağa, Ya azad ol, ya tamam yan, Azərbaycan
Şəhriyarın ürəyi də səninki tək yaralıdır
Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan
Qasim suleymani ermenilerin dostu olub ....
Iran kimi mundar olkenin sefirliyi baglanmalidi