Menu

Putin rusiyalılara "Coca-Cola" əvəzinə "İvan-çay" içməyi tövsiyyə edir

22.07.2022, 00:38
Putin rusiyalılara "Coca-Cola" əvəzinə "İvan-çay" içməyi tövsiyyə edir

Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibə səbəbilə Rusiyada istehsalı dayandırmış «Coka-Cola» içkisini «İvan-çay»la əvəzləməyi əmr edib. Bu içkinin kütləvi istehsalı üçün ölkənin Kənd Təsərrüfatı Nazirliyi göstəriş alacaq.

Bu barədə «TASS» agentliyi yazır.

“Gerçəkdən “İvan-çay” faydalıdır, nəinki hansısa "Coca-Cola”... Onun tərkibi təkcə kimyadan ibarətdir” – deyə, Putin bəyan edib.

Rusiya prezidenti əlavə edib ki, bu “doğma içkinin” kütləvi istehsalını nəzərdə tutan sənəd hazırlanacaq.

Xatırladırıq ki, «İvan-çay» içki olmaqdan əlavə, həm də çox təsirli dərmandı. Bu otdan dəmlənmiş çay kəskin baş ağrılarının qarşısını uğurla alır.

Fəqət onun “İvan-çay” adlandırılmasının səbəbi məlum deyil. Çünki bu ot əsasən Ural, Sibir, Baykalyanı bölgələrdə yetişir və yerli əhali arasında başqa adla məşhurdur.

“AzPolitika.info”

Şərhlər

Eli 2022-07-22 00:46:08

Gözel seslenir:İvan ve çay.İvan ne qanır çay nedir,o heç milli içkisi”Vodjkanı” nırmal içe bilmir onda qala çay.Umumiyyetle görese bu rusların ortsya çıxara bilecek bir milli temekleri var,varsa nedir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol