Menu

"Rusiya kəşfiyyatçılarının yarısı Avropadan qovulub" - Britaniya kəşfiyyatı

22.07.2022, 09:35
"Rusiya kəşfiyyatçılarının yarısı Avropadan qovulub" - Britaniya kəşfiyyatı

“Ukraynada müharibə başlayandan bəri Rusiya kəşfiyyatçılarının yarısı Avropa ölkələrindən çıxarılıb”.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Xarici kəşfiyyat idarəsinin (Mİ-6) başçısı Riçard Mur bildirib.

“Avropa ölkələrində diplomat adı altında fəlaiyyət göstərən Rusiyanın 400-ə yaxın kəşfiyyatçısı həmin dövlətlərdən qovulub. Böyük ehtimalla bu, onların Avropada casus fəaliyyətini iki dəfə azaldıb”, - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol