Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Şabranın Məşrif kəndində bir qrup şəhid ailəsi başçısı və qazilərlə görüş keçirib. Təbiət qoynunda keçirilən görüşdə rayonun tanınmış və hörmətli ziyalıları da iştirak ediblər.
Millət vəkili dövlətin və şəxsən ölkə başçısının bu təbəqə nümayəndələrinə diqqət və qayğısından danışıb. S.Qurbanov həmçinin, mövcud olan xırda sosial problemlərin zaman-zaman tamamilə həll olunacağını deyib. Bu istiqamətdə hökumət tərəfindən həyata keçirilən sosial proqramların sürətlə və ardıcıllıqla reallaşdığından bəhs edən millət vəkili vurğulayıb ki, sosial proqramların tez bir zamanda reallaşması əhalinin dövlət başçısına olan etimadını daha da artırıb.

S.Qurbanov deyib ki, Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Millət vəkili əlavə edib ki, dövlət tərəfindən şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə mühün addımlar atılır. Belə ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Bu proqramın icrası sürətlənir.

Millət vəkili onu da qeyd edib ki, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu kateqoriyadan olan insanlarla bağlı müxtəlif layihələr həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələri, qazilər və digər həssas qrupa aid insanlara diqqət və qayğının göstərilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi məsələlər dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir.

S.Qurbanov vurğuladı ki, Prezidentin “Dövlət öz üzərinə nə düşürsə etməlidir və edəcək” fikri bundan sonra da dövlətin şəhid ailələri və qazilərlə bağlı sosial siyasətinin davam edəcəyi haqqında ən mühüm mesajdır.
“AzPolitika.info”




Şərhlər
Mence Şehid ve qazilerin ,o cümleden Veten
müharibesi iştirakçılarının problemlerinden söhbet füşende kimliyinden asılı olmayaraq konkret daktlsrdan söhbet açmaq lazımdır , çünki bir dövlet ve millet olaraq biz Ali Baş Komandan başda olmaqla onlara borcluyuq be Kişi gerek Kişilerin Haqqını danmasın.