Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edirik:
- Qüdrət bəy, bəzi müxaliffikirli insanların Azərbaycanın dövlət siyasətinin rusiyayönümlü olmasına dair iddialarına münasibətiniz necədir?
- Azərbaycanın dövlət maraqları Rusiya ilə dost olmağı tələb edir. Dövlət maraqlarından çıxış etmək isə Rusiyayönümlü olmaq yox, Azərbaycanyönümlü olmaq deməkdir. Bu başıpozuq adamlar xalqın qəzəbindən qorxmasalar, bizim Rusiyaya müharibə elan etməyimizi də tələb edə bilərlər. Məhz Rusiyaya münasibətdə yürüdülən düzgün siyasətin nəticəsi olaraq biz Qarabağın böyük hissəsini işğaldan azad edə bildik, digər hissəsi üzərində də suveren hüquqlarımızı bərpa edəcəyik. Buna heç kimin şübhəsi olmasın. Rusiya sülhməramlılarının Azərbaycana gəlməsi ilə manipulyasiya edənlərə isə hər zaman deyirəm ki, daha əlverişli başqa yol vardısa, buyurub xalqımıza desinlər. İnsanlarımız sosial fəal olmasalar da, böyük çoxluq, təhsilli kəsim İlham Əliyevin nəyə nail olduğunu gözəl başa düşür. Bu barədə hay-həşir salanlar isə sığındıqları, yaxud tapşırıq aldıqları ölkələrin sifarişlərini yerinə yetirirlər. Türkiyəyə özümüz kimi yanaşırıq, digər böyük qonşularımız Rusiya və İrana münasibətdə isə yaxın qonşuluq və dostluq siyasəti aparırıq, həmin ölkələrdə hansı rejimin və kimin hakimiyyətdə olmasından asılı olmayaraq. Yaxşı el misalı var -yaxın qonşu uzaq qohumdan yaxşıdır. Onu da nəzərə almalıyıq ki, hər iki ölkədə milyonlarla soydaşımız yaşayır. Əməkdaşlıq həm də onu özündə ehtiva edir ki, narazı qaldığın məsələlər barədə səmimi müzakirələr apara biləsən. Həmin fitlə çalışan "tənqidçilərin" əsas məqsədi mövcud problemlərdən istifadə edib ölkələrimiz arasında münasibətləri korlamaqdır.
- Bugünlərdə mətbuatda belə bir informasiya yayıldı və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu ki, Dövlət Gömrük Komitəsində çalışanların üçdə biri nehrəmli, yaxud naxçıvanlıdır...
- Bu, məqsədyönlü şəkildə şişirdilmiş və ictimaiyyətə ötürülmüş məlumat idi. Naxçıvanda və Qərbi Azərbaycanda doğulub və həmin bölgələrdə şəxsiyyət kimi formalaşmış insanlar, düşmən içərisində yaşamaları və ya təcrid olunmaları, iqlimin insan xarakterinə təsir imkanları və kasıblıq səbəbindən, müqayisədə daha sosial fəal olublar. Məhz bu səbəbdən xalq hərəkatının önündə olan səxslərin sırasında bu bölgədən olan insanlar çoxluq təşkil edirdi. Buna görə həm müxalifətdə, həm iqtidarda onların xüsusi çəkisi artıq idi. AXC hakimiyyəti dövründə də belə idi. Kiçik bir araşdırma aparsanız, görəcəksiniz ki, o zaman universitet partası arxasından nə qədər adam Prezident Administrasiyasında, başqa dövlət orqanlarında yüksək vəzifələrə təyin olunmuşdular. Yüksək vəzifəyə təyinat alanların bəzilərinin hətta ya ali təhsili yox idi, ya da ixtisası uyğun deyildi. Mərhum Prezident Heydər Əliyevin liderliyi ilə YAP Naxçıvanda təsis olunub və onun avanqard hissəsini qeyd etdiyim regiondan olanlar təşkil edirdi. Heydər Əliyevin yenidən siyasi karyera qazanmasında nehrəmlilərin müstəsna xidməti olub. Hakim Kommunist Partiyasının ciddi təzyiqlərinə baxmayaraq, o, Nehrəmdən deputat seçildi, sonra Naxçıvan MR cəbhəçilərinin və Naxçıvan camaatının ciddi dəstəyi ilə kommunistlərin müqaviməti qırıldı və Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri oldu. Ona görə YAP-ın hakimiyyətdə olduğu dövrdə naxçıvanlıların, Qərbi Azərbaycandan olanların, xüsusilə nehrəmlilərin dövlət hakimiyyət orqanlarında geniş miqyasda təmsil olunması onlara ana südü qədər halaldır. Bütün inkişaf etmiş ölkələrdə də qalib gəlmiş partiya öz tərəfdarlarını hakimiyyətə gətirir. Milli mentalitet də nəzərdən qaçırılmamalıdır.
Düzdür, belə bir deyim var - hər şey ya zamanla dəyişir, ya da bir şəxslə. Hazırına nazir olan gənc kadrlar keçmişi öyrənməsələr də, yaxud unutdurmağa çalışsalar da, eyni zamanda YAP-da təmsil olunan həmin bölgənin adamları müdrikcəsinə sussalar da, fakt faktlığında qalır. YAP Azərbaycanın beynəlxalq arenada həmişə etibarlı tərəfdaş olması ilə öyünüb, bu daxildə öz tərəfdarlarına münasibətdə də belə olmalıdır. Çünki indi, gərgin geosiyasi oyunların oynanıldığı bir dönəmdə, Azərbaycana həmişə olduğundan daha çox sabitlik və harmoniya lazımdır. Ona görə hakimiyyət daxilində təfriqə salmaq üçün klanlararası savaş adı altında naxçıvanlıların təxribatçı qüvvələr tərəfindən hədəfə alınması yersizdir, ziyanlıdır. Korporativ maraqlar kənara atılmalı, dövlət maraqları hər şeydən üstün tutulmalı, insanlar siyasi mənsubiyyətinə, dövlətə sədaqətinə, bilik və bacarıqlarına, təcrübələrinə görə irəli çəkilməlidirlər. Bilik və bacarıq, təcrübə isə rus və ingilis dillərini bilmək, yaxud yaxın dost-tanış demək deyil...
“Moderator.az”


Şərhlər
İnşallah Naxçıvan MR ləğv olumuş kimi bir şeydir.Orada 50 ildir .........
Naxşıvanlılar deyəndə sən və sənin kimilər demək deyil.Naxçıvan türkləri və orada yaşayan xərda etniklər 30 ilə yaxındır zulm içindədirlər.Tükiyə olmasa onlar məhv olarlar.
Siz naxçıvanlıları belə sevirsinizsə,onda igid Şahmərdanı niyə öldürdünüz?Siz naxçıvanlıları yox,Səfər Mehdiyev kimi ....sevirsiniz.
Ay qüdrət dövlətin müstəqilliyini rusa satmısuz. Day nə satmaq istəyirsüz? Onsuz da ruslar burada möhkəmlənən kimi sizin hamıvuzun mitilini atacaq M.M-dən.
Həsənqulitev,sənə ziyanlıdır?Milləti müflis etdiyiniz bəs deyilmi?Çəkilin xaeabalarınıza,Bakda nə gəzirsiniz? Gedin Naxçıvanınıza,görün oralarda həyat neçədir.
Bu gun vezifeye teyin olunanlarin hamisi pasa holdinqin usaqlaridir. Xaricde iki uc ayliq hansisa sertifikat alanlari sisirdib yuksek vezifeye teyin edirler. Rayonlarda o qeder savadli milli ve vetenperverler var hamisida bakida islemeye yuksek vezifeye layiqdirler. Qesden oz adamlarini ireli cekirler. Xalq bunu gorur ve bilir vaxti catanda indi naxcivanli oliqarxlarin nepotizm hereketlerini qinadiqlari kimi pasacilarinda hereketlerini qinayacaqlar! Neye gore bakidaki saray numayendelerinin rayonlar ucun gozleri kor olub? Cunki zakaza isleyirler ve semimi deyiller! Mall usaqlari ve klan usaqlari size ezizdir amma diger rayonlari ovladlari vetendas deyil? Ulu onder ve prezident demisken Xalq herseyi gorur ve duzgun qiymetlendirir!
Prezident tam obyektivlik göstərib harınları yerlibazları klançıları yerinə otuzdurur Naxçıvanlı ya ermənistanlı olmur kim olur olsun pnunçün fərqi yoxdur.Fəaliyyətinə və nüfuz dairəsinə gölgə gətirənlər hamısı şıxdaş edilib yerinə otuzdurulacaq və müvafiq cəzalarınlda alacaqlar..
Yəni Əli İnsanova,Ramiz Mehdiyevə,Cahangir Hacıyevə,Vilyam Hacıyevə,Səlim Müslümova-filan peşməkana o vəzifələr ana südü kimi halaldırmı deyirsən?
37-ci ilə qədər Ruhulla Axundovların,Sultanməcidlərin,Qəzənfərlərin,Həmid Sultanovların,Ayna Sultanovaların və bir çoxlarının da ağızları beləcə isti yerdəydi,amma faciə gəlincə girməyə dəlik axtardılar tapammadılar.Yeni bir 37-ci ilin gəlməyəcəyinə haradan əminsən?Onlar da ağıllarının uclarından belə keçirəmməzdilər o cür faciəvi ilin olacağını.Amma gəldi,oldu o il.Ona görə,yaltaqlanmağın da heç olmasa bir həddi olmalıdı.Bu qədər də olmaz yəni.Kusura bakma,abartıyorsun abi.Həyat yalnız bu gündən ibarət deyil.Bir zaman xatırlarsan bu dediklərimi.Ruhulla Axundov Mircəfərin dostu olduğu halda Mircəfərin Stalindən gizli xahişiylə tutulduğunda Mircəfər gülə-gülə ona deyir ki:”Hə,Axundov,nəhayət sənin də iç üzün bəlli oldu”.Ruhulla da qışqırır ki,”Əclaf!Düşmən sənsən!Maskalanmış usta düşmən!Nərimanov sağ olsaydı diz çöküb ayaqlarını qucaqlayardım!”.Bilirsənmi niyə qışqırır o?Çünki Nərimanov 22-ci ildə Bağırova və Beriyaya güllələnmə istəmişdi,Axundov büroda buna qarşı çıxaraq həm Bağırovu,həm Beriyanı qorumuşdu.O zaman Bağırov AzÇK-nın böyüyüydü,Beriya onun müavini.37-də isə Bağırov Azərbaycanın böyüyü,Beriya da Zaqfederasiyanın partiya komitəsinin birinci katibi.Axundovun səsini kim eşidəcək?Üstəlik,Stalin də razılıq vermişdi Ruhullanın həbsinə.Ona görə Mircəfər oyun açdı köhnə sadiq dostu Ruhullanın başına NKVD podvallarında.Bu faktdır ki,sinəsinə çıxıb ayaqlarıyla tapdalayırmış,əzirmiş onu.Bir gözü qamçı zərbəsindən kor olmuşdu,bir qolu da qırılmışdı döyülməkdən.
Naxçıvanlılar heç vaxt kiminsə oyununda kukla olmayıb buna Vəzirov Mütəllibov və axcp çox çalışdı amma alınmadı bundan sonra da alinmayacaq oyunu naxçıvanlılar üzərindən qurmaq istəyənlər həmişə uduzublar oyununuzu oynayın çətinə düşəndə yənə kömək istəyəcəyiniz ünvanı bilirsiniz qaldı ki rüşvət korrupsiyaya bu bütün bölgələrdə var baxsanız ən azı naxçıvanlılar olacaqdır
Bütöv Azərbaycan Xalq Cəbhəsi - ifadesini , Qüdrət Həsənquliyevin partiyasini adlandirmaq, hansi qurultayda, yaxud UMUMXALQ REFERENDUM - da qebul olunub ??????? Qüdrət Həsənquliyev,
oz shexsi fikirlerinizi, SIRIMAYIN CEMIYYETE, size bu geder SELAHIYYET VERILMEYIB XALQIMIZ terefinden.
Ziyanlı olduğunu düşünən yetkili kadr siyasətinə diqqər etməlii kadr məsələsinə i,ağılla=başla yanaşmalı idi..Götürün şəhər və rayonlarda İcra başçıları,polis rəisləri,prokuror,məhkəmələrin tərkibinə baxın.iri biznes sahiblərinə diqqət edin! bunlar nəyin nəticəsi olduğunu düşünün.Hələ dövlət aparatı!
Yaltaqlığı sənət edənlər qrupunda sənə müvəffəqiyyətlər.Ə.bunun yazısının mənasını və məqsədini dərindən dərk etsən belə düşünməzdin.
Bir qrup məmur ölkəni soyub xaricə daşıyıb.Bəs bunu Qüdrət Həsnquliyev görmür? Gya millət bunları görmür,yaddan çıxarıb?.....
A balam,vəzifə ətdi-kolbasadı-sosiskadı ki halalı-haramı olsun?30 il qabaq Tofiq Qasımov Xarici İşlər naziri kimi yüksən bir vəzifəsini dondurmaq həvəsinə düşəndə ümummilli liderimizin ona dediyini unutmusan deyəsən.Dedi ki,”Vəzifə ətdi ki dondurursan?Sən özünü dondura bilərsən”.Yəni vəzifə ət deyilsə demək onun halalı-haramı da olmamalıdı.Lap yadımdan çıxmışdı;metroda,marketlərdə bu nə adətdi ee “Giriş” və “Çıxış” yazılır?Sadəcə “Giriş” yazmaq yetməzmi?O biri tərəfə heç nə yazılmayıbsa demək ki ora çıxışdı.Birinə dedim,dedi ki belə olmalıdı daa,çünki metroya,marketə girən müəyyən müddətdən sonra çıxmalıdı.Çıxanda girişdən çıxmamaq üçün ora “Çıxış” yazılır.Dedim ondansa bir lövhə asın,yazın ki “Gir ki girən mərd olar,Girməyən namərd olar,Girəsən çıxmayasan,Bax bu böyük dərd olar”.Dedi aaa,nə yaxşı,müdiriyyətə çatdıraram,heç bilmirdim bunu.Dedim biləydin.Dedi nə biləydim?Dedim qardaşınnan soruşub öyrənəydin,”Ana və poçtalyon” şerini oxuyaydın vaxtında.Poçtalyon sabun gətirmir,o da ona deyir ki “Sabun olmasa bir də,Sən bu həyətə gəlmə”.O da sonra sabun gətirir,hədiyyə edir ona.O da deyir ki,”O yerdə ki sən tək poçtalyon olmaya,O yer viran olub dağılsın gərək,Sabunu mən allam,Başına dolannam,A Tərlan,dur sallan”Sonra necə olursa bizim Cəbiş müəllimin şalvarına yapışır sabun.O da dərsə getmir,qayıdır evə,sabun bişirir,paylayır qatardakı gənclərə.Özü də paltar sabunu.Bax bunnan.
Qüdrət ölkənin bütün vəzifələrini Naxçıvanlılar və Ermənistanlılatr tərəfindən ələ keçirilməsi bu millətə qarşı çox böyük ədalətsizlik və hətda genosid kimi də qiymətləndirmək olar. Deməli sənin pasportuna Naxçıvanlı ya Ermənistanlı yazılmayıbsa səni heç kim işə götürən deyildir. Ölkənin millətin missli görünməmiş talana məruz qalmasında da bu klanların rolu 95 faizdir. Millətin qalan hissəsi isə bu 30 ildə onlar tərəfindən alçaldılıb,qorxudulub hər cür qanunsuzluğa yol verilib. Hətda telefonda bir Naxçıvanlı ilə danışanda bir az o yan bu yan olan kimi deyirdi Mən Naxılıyam Ə hardasan gəlirəm ora.
Думает как питекантроп☹
Naxçıvanlılar hədəfə alınmayıb.Hədəfə alınan talançı və xaindir.Hörmətli Qüdrət müəllim,Sizin məsələyə yanaşmanız ....... Dövlətin haqqını yeyən,milli ayrı-seçkilik salıb Azərbaycan türklərinin üzünə iş yerlərini qapayanlar,elə erməni kimi bir şeydir.
,,,,,,, Azərbaycanlıları zonalara bölmək yox, daha da birləşdirmək əvəzinə, hələ bir deyir ki, ana südü kimi halaldır. ,,,,,,,,
Naxcivanlari etmek duz deyil.Amma yerbazliq,qohumbazliq etmekde diz deyil.Gomruk komitesi Naxcivanlilarin obyekti deyil
Senin danishigin Naxchivanlilara ziyan getirir, sen oz yazinla bir daha vurgulayirsan ki, hakimiyyetde ancaq naxchivanlilar temsil olunmalidir, eksine sen yerlibazligi qinamalisan, bax bir Naxchivanli kimi Naxchivanlilara xeyri bu getirerdi
Bu müsabiqə HEÇ xoşumuza gəlmədi! Qüdrət Həsənquliyev -"nepravdır".
İndi vitse bajı çəkib ciyərin dağıdacaq, onda bilərsən axırıncı cümlələr nə deməkdir.
Qədim Roma demokratik respublikası respublika olmazdan əvvəl quldarlıq dövlətiydi,o dövlətdə əhali patrisi və plebeylərə bölünmüşdü.Yəni ağalara və nökərlərə.Sonra respublika yarandı,bütün Roma vətəndaşları bərabərhüquqlu elan edildilər."Respublika" sözü res,yəni iş və publika,yəni camaat sözlərinin birləşməsidir.Yəni bütün xalq iştirak edir idarəetmənin və icraetmənin hər sahəsində.Sezar,Pompey,Krass,Sulla və sair Roma liderləri bütün Roma vətəndaşlarının böyükləri idilər,baxmayaraq ki,Romanın böyüyü olmaq üçün yalnız əhalinin müəyyən bir hissəsindən səs qazanmışdılar senator olmaq üçün.Sənin fikirlərin Roma respublikası dövrünə yox,qədim Roma quldarlıq dövlətinə uyğundur.Yəni hakimiyyətə kim səs veribsə hakimiyyət yalnız onlara məxsusdur,necə ki deyirsən,"ana südü kimi halaldır".Bu nə düşüncədir?İyirmi birinci əsrdə yaşadığını unutmusan deyəsən.Ya da hakimiyyət və hökümət sözlərini eyni anlayırsan.Xarici ölkələrə gedəndə belə sözlər danışma,ayıb edərlər sənə.Elə bilərlər Papua-Nyu Qvineya siyasətçisisən.Ay amaan!Nə gündəyik biz!!
Qüdret bey çox düzgün tehlil aparıb.Naxçıvan ve naxçıvanlıların dövlet quruculuğundskı xidmetleri barede çox danışıb mübahise etmek olar.Ancaq bir fakt var ki onu kimse dana bilmez .Rehmetlik Heyder Eliyev Moskvadan Azerbaycana qayıdanda ölke rehberliyi başda Ayaz Mütellibov olmaqla böyük ekseriyyet onu qebul etmedt ,sui qesdler ve s. teşkil olundu.Güclü antieliyev kompaniyasına start verildi.Ancaq Naxçıvan ve naxçıvanlılar öçAzerbaycanın bu Böyğk oğluna qucaq açdı ve onu canları qankarı bahadına müdafie etdi.Fskt göz qabağındadır.
Naxçıanlıdan və 5-ci kolon sevəndən bu mövzuda müsahibə mənasız və lazımsız nəticə verməli idi.