“Bu gün dünyada “COVİD-19” epidemiyasının yeni dalğası barədə danışmaq olar. Lakin o, təhlükəli deyil. Bu, epidemiyanın quyruğudur”.
“AzPolitika.info” xəbər verir ki, bunu Rusiyada tanınmış virusoloqlardan biri olan tibb elmləri doktoru Vladislav Jemçuqov “RİA-Novosti”-yə açıqlamasında deyib. Mütəxəssis qeyd edib ki, Rusiyaya da yol açan yeni dalğa qətiyyən əvvəlki qədər təhlükəli deyil. O, epidemiyanın sonunun yaxınlaşdığı qənaətində olduğunu söyləyib.
Rusiyanın məşhur N.F. Qamaleya adına Milli Araşdırma Mərkəzinin alimi Anatoli Altşteyn isə “COVİD-19” pandemiyasının başa çatdığının rəsmən elan olunmasının mümkünlüyünü bildirib: “Pandemiya davam edir və kifayət qədər vaxt da davam edəcək. Ancaq istisna etmirəm ki, Ümumdünya Səhiyyə Təşkilatı bir neçə aydan sonra pandemiyanın başa çatdığını elan etsin”.
“AzPolitika.info”


Şərhlər