Menu

Azərbaycanla İran sərhəddində vəziyyət gərginləşib

11.11.2013, 21:39
Azərbaycanla İran sərhəddində vəziyyət gərginləşib

Biləsuvar sərhəd keçid məntəqəsində yük avtomobillərinin sayı pik həddə çatdığı üçün yeni maşınlara yer tapılmır

Hazırda Azərbaycanla İran sərhəddi arasında, Biləsuvar Sərhəd Keçid Məntəqəsində vəziyyət daha da gərginləşib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, keçid məntəqəsinin avtomobil dayanacağında yük avtomobillərinin sayı pik həddə çatıb. Hətta vəziyyət o həddə çatıb ki, əraziyə gələn yeni yük avtomobilləri üçün yer yoxdur.

Məsələ ilə bağlı Azərbaycan sərhədçiləri iranlı həmkarları ilə ikinci dəfə görüşüblər. Hələlik görüşün nəticələri barədə məlumat verilmir.

Qeyd eədk ki, səhər saatlarında Azərbaycan vətəndaşları gözləmədən sərhəddən keçiblər. 5 gündür ki, Biləsuvar Sərhəd Buraxılış Məntəqəsində hərəkətsiz halda dayanmış yük avtomobilərində artıq bir sıra texniki problemlər də yaranmağa başlayıb. Yükün təsirindən avtomobillərin təkərləri sıradan çıxır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol