Menu

2022-2023-cü tədris ili üçün tədris planları təsdiqlənib

28.07.2022, 15:13
2022-2023-cü tədris ili üçün tədris planları təsdiqlənib

Təhsil naziri Emin Əmrullayev "Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında" əmr imzalayıb.

Əmrə əsasən Azərbaycan Respublikasının tədris Azərbaycan dilində və digər dillərdə aparılan, azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün aşağıdakı tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib:

1. Ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün tədris planları (1, 2 nömrəli əlavələr);

2. Azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üçün tədris planları (3, 4, 5, 6 nömrəli əlavələr);

3. “Tədris planlarına dair qeydlər” (7 nömrəli əlavə).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol