İranla Qərb arasında nüvə danışıqlarının İŞİD-lə heç bir əlaqəsi yoxdur.
ANS PRESS-in məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri ATES sammitində iştirak etmək üçün Çinin paytaxtı Pekində olarkən bəyan edib.
Jurnalistlər Con Kerridən ABŞ prezidenti Barak Obamanın İranın Ali dini lideri Ayətulla Əli Xameneiyə ünvanladığı məxfi məktub barədə soruşublar. Həmin məktubda Obama İŞİD-ə qarşı mübarizədə İranla ortaq maraqların olmasından yazırdı. ABŞ-ın dövlət katibi Con Kerri isə bu məsələnin İranın nüvə danışıqları ilə bir əlaqəsinin olmasını qəti şəkildə təkzib edib.


Şərhlər