Menu

“İran və Azərbaycan dost, qardaş, müsəlman ölkələrdir” - Səfir

30.07.2022, 08:58
“İran və Azərbaycan dost, qardaş, müsəlman ölkələrdir” - Səfir

“İran və Azərbaycan dost, qardaş və müsəlman ölkələrdir”.

“Report”un xəbərinə görə, bunu İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi İslam Respublikasının Milli Televiziyasına müsahibəsində deyib.

“İran və Azərbaycan hər zaman qarşılıqlı əlaqədən məmnun olublar və həmişə bir-birlərinə hörmət ediblər”, - səfir qeyd edib.

Diplomat həmçinin bildirib ki, iki ölkə rəsmilərinin, parlament nümayəndə heyətlərinin səfərləri və digər səylər münasibətlərin yaxşılaşdırılması üçün nəzərdə tutulub.

Şərhlər

dadaşyev 2022-07-30 17:00:34

Azərbaycan dünyəvi dövlətdir,İran isə Həsən əs-Sabbahın 1000 il öncə qurduğu İsmaililər Həşşaşi terrorçu,fars millətçi dövlətinin davamçısıdır.Fərq bircə ondadır ki,ismaililərdə yeddi imam qəbul olunub,bunlarda on iki.Vəssalam.Hər ikisinin zühur edəcəyini gözlədiyi imamın adı Mehdidir.İsmaililərdə o yeddincidir,bunlarda on ikinci.Hət ikisinin də ideologiyası terrordu,terrorçuluqda tam bir-birinin eynidirlər.Milləti və bəşəriyyəti aldatmayın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol