Menu

Bir gündə 62 cinayət baş verib - DİN

08.11.2014, 18:04
Bir gündə 62 cinayət baş verib - DİN

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 62 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 29 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 32 nəfər tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol