Rusiya İran PUA-larını istifadə etsə, Ukrayna onları necə vuracaq? - Ekspert danışır

Əgər Rusiya Ukraynaya qarşı müharibədə PUA-ları tətbiq etsə, USQ onları hava-hücumundan müdafiə, raket əleyhinə müdafiə vasitələri və hətta qırıcıların köməyi ilə vura bilər. Eyni zamanda, «Stinger» artıq bu tip PUA-ları böyük uçuş yüksəkliyi səbəbilə, vura bilməyəcək.

Bu barədə hərbi ekspert Roman Svitan FreeDom telekanalının efirindən danışıb.

«Bu PUA-ların uçuş yüksəkliyi “Stinger”-dən bir qədər yuxarıdır. “Stinger” - beş kilometrə qədər yükəklikdə PUA-nı vura bilər, tutaq ki, Shaved-191 və Shaved-129 7-9 kilometrə qədər qalxa bilir. Bu yüksəklikdə “Stinger” onları vura bilməyəcək, amma bu yüksəklikdə onları bizim HHM və RƏM sistemləri, hava qüvvələri -qırıcılar qarşılayaraq orada onları vura bilər» - o, izah edib.

Onun sözlərinə görə, bu dronlar böyük sürət götürmək qabiliyyətinə malik deyillər - 150-200 kilometr. Onların manevr qabiliyyəti aşağıdır və bu yüksəkliklərdə istənilən qırıcılar və praktiki olaraq, istənilən HHM sistemi onları yaxalaya bilər.

«İndi bizə veriləcək yeni sistemlər 20 kilometrə qədər yüksəkliyi götürür. HHM sistemi üçün bu, çox yüngül hədəfdir» - Svitan qeyd edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar