“Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç vaxt tək deyil” - Çavuşoğlu

“Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç vaxt tək deyil”.

Bu barədə Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi Cənubi Qafqazda sülhün və normallaşma prosesinin başlanmasına şərait yaradıb.

“Ermənistanla qarşılıqlı şəkildə təyin etdiyimiz xüsusi nümayəndələrin görüşləri davam edir. Təbii ki, bu prosesi Azərbaycan və Ermənistan arasındakı prosesdən və yekun məqsədimiz olan bütün bölgədə normallaşma və əməkdaşlıq niyyətimizdən müstəqil düşünmürük. Son günlər bölgədə yaşanan gərginlik mövcud sükunətin nə qədər kövrək olduğunu göstərir. Əlbəttə, bu proseslərdə can Azərbaycanla həmrəyliyimiz davam edəcək. Dost da, düşmən də bilsin ki, can Azərbaycan yalnız deyil”, - XİN başçısı vurğulayıb.

Türkiyənin xarici işlər naziri oxşar fikirləri Mövlud Çavuşoğlu “Twitter” hesabında yazıb.

“Şuşa bəyannaməsi ilə müttəfiqliyimiz daha da möhkəmləndi”, - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar