Menu

ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər edib (Yeniləndi)

14.08.2022, 18:11
ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər edib (Yeniləndi)

Bu gün ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, senator Ed Markinin başçılıq etdiyi nümayəndə heyətinə konqresmen Con Qaramendi, Alan Louental, Don Bayer və Amata Radevagen daxildir.

Səfər iki gün davam edəcək. Səfər çərçivəsində nümayəndə heyəti Tayvan administrasiyasının rəhbəri Tsay İvenlə görüşəcək, Tayvan xarici siyasət idarəsinin rəhbəri Cozef Unun təşkil etdiyi banketə qatılacaq, Tayvan parlamentində olacaqlar.

Qeyd edək ki, səfər barədə öncədən məlumat verilməyib.

***

ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə “Reuters“ Tayvandakı Amerika İnstitutuna istinadən məlumat yayıb.

Senator Ed Markın rəhbərlik etdiyi Konqresin nümayəndə heyəti bu gün – bazar günü Tayvana səfər edəcək. Səfər iki gün davam edəcək. Tayvan administrasiyası ilə görüşlərdə ikitərəfli əlaqələr, regional təhlükəsizlik və qlobal ərzaq tədarükü məsələləri müzakirə olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol