Menu

İki nazir arasında “savaş” başladı

12.11.2013, 10:44
İki nazir arasında “savaş” başladı

Samir Şərifov Hesablama Palatasına müavinini təyin etdirmək istəyir

Heydər Əsədov Ilham Əliyevin üçüncü dəfə formalaşdırdığı komandada Kənd təsərrüfatı naziri təyin olunandan sonra Hesablama Palatasının sədri postu uğrunda savaş gərginləşib. “Azadlıq”a daxil olan məlumata görə, Heydər Əsədov Hesablama Palatasını əldə saxlamaq üçün cəhdlər göstərir.

Mənbənin məlumatına görə, Heydər Əsədovun belə bir addım atmasının bir səbəbi qurumun rəhbəri olduğu vaxtda yol verilmiş nöqsanları ört-basdır etməkdirsə, başqa bir səbəbi Hesablama Palatasının əliylə dövlət qurumlarını yenə də nəzarətdə saxlamaqdır. Bu işdə qudası, Nəqliyyat naziri Ziya Məmmədovdan da bəhrələnəcəyi şübhəsizdir.

Mənbənin məlumatına görə, Heydər Əsədova bu işdə ən başağrısı olan şəxs maliyyə naziri Samir Şərifovdur.

Qeyd edək ki, Şərifov Hesablama Palatasında müavini Ilqar Fətizadəni sədr kimi görmək istəyir.

Verilən məlumatda o da vurğulanır ki, Heydər Əsədov Hesablama Palatasının sədri postuna iki şöbə müdiri - Vüqar Gülməmmədov və Seyfəddin Talıbovdan birinin təyinatına cəhd edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol