"Neft gəlirləri sabit valyuta vəd etmir" - İqtisadçı deputat

Neftin dünya bazar qiymətində yenidən azalmalar müşahidə edilir. Son aylar bir bareli 100 dollardan yüksək təklif edilən “qara qızıl” indi 94 dollardan ucuz satılır. Son 1 ayda neftin qiyməti 13 faizə yaxın aşağı düşüb.

İqtisadçı deputat Vüqar Bayramov bildirir neftin qiymətindəki azalmalar daha çox qlobal iqtisadiyyatında müşahidə olunan durğunluqla bağlıdır. O xatırladır ki, Rusiya-Ukrayna müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb:"Avropa İttifaqı üçün də bu ilki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır".

V.Bayramov xüsusən Çin iqtisadiyyatının azalacağı ilə bağlı gözləntilərin bazara birbaşa təsir göstərdiyini qeyd edib: "Dünyada ikinci ən böyük neft istehlakçısı olan Çin pandemiya səbəbindən iqtisadi məhdudiyyətləri genişləndirir. Bu isə Çin iqtisadiyyatındakı gözlənilən artımlara nail olmaqda çətinlik yaradır".

Bəs qiymətlər yenidən arta bilərmi?

İqtisadçı bildirir ki, neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Onun sözlərinə görə, neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir.

"Neft gəlirləri uzun müddətli dövrdə stabil valyuta daxil olmaları vəd etmir" – deyə, deputat əlavə edib.

"AzPolitika.info"

635x100

Şərhlər

Azər 2022-08-16 17:32:46

Ona görə də ölkəmizdə regionlarda məişət tullantilari zavodu meyvə qurutma zavodları tikilməlidir ki valyutamız özümüzə qalsin

Son yazılar