BMT Baş katibi və Ərdoğan Ukraynaya gedir

BMT-nin Baş katibi Antoniu Quterreş Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə cümə axşamı Ukraynaya səfər edəcək.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

Sözçü bildirib ki, baş katib Ukraynanın Lvov şəhərində Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan, Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.

“Baş katib görüşlərdən sonra Odessanı ziyarət edəcək. Antoniu Quttereş həftə sonu Nyu-Yorka qayıtmazdan əvvəl İstanbula gedəcək və Qara dəniz taxıl təşəbbüsünün bir hissəsi kimi istifadə edilən üç limandan birini ziyarət edəcək. Baş katib İstanbulda Ukrayna, Türkiyə və BMT arasında imzalanan taxıl ixracı haqqında sazişin icası üçün ortaq koordinasiya mərkəzini də, ziyarət edəcək”.

635x100

Şərhlər

Boz Qurd 2022-08-17 10:19:23

Bütün Türk millətinin ve muselman olkələrin əsl Lideri,ALLAH onu və komandasını başmızdan əksik eləməsin!!!

Eli 2022-08-16 23:37:27

Türk dünyasının fexri ,siyaset dünyasındd meydan sulayıb ağıl ,derrake ve şücaet göstetib nümune olmağı bacarsn Erdoğana eşq olsun,yaşasın,var olsun.

Son yazılar