SİMA tokenlərinin qiymətləri açıqlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azintelekom” MMC-nin istifadəyə verdiyi SİMA tokenlərinin qiymətləri açıqlanıb.

“Report” xəbər verir ki, satışa 4 növ token çıxarılıb.

Onların qiymətləri vətəndaşlar üçün 18 manat, fərdi sahibkarlar üçün 6 manat, dövlət qurumları üçün 58 manat, hüquqi şəxslər üçün isə 72 manatdır. Bütün SİMA tokenləri 3 illik təqdim edilir.

“Azintelekom”dan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, SİMA bulud əsaslı yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün tamamilə ödənişsizdir.

“SİMA rəqəmsal imzanın hüquqi şəxslər və sahibkarlar üçün nəzərdə tutulan yeni xidmətinin yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulur. Yeni xidmət üçün tətbiq ediləcək tariflərlə bağlı hazırda müzakirə aparılır. Xidmət ictimaiyyətə açıqlandıqda tariflər barədə də ətraflı məlumat təqdim ediləcək”, - deyə açıqlamada qeyd olunub.

Vətəndaşlar SİMA bulud əsaslı yeni nəsil rəqəmsal imzanı android və iOs əməliyyat sistemlərindən yükləyə bilərlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar