Menu

AB və ABŞ Ukraynada karvanın hərəkətindən narahatdır

10.11.2014, 10:05
AB və ABŞ Ukraynada karvanın hərəkətindən narahatdır

Birləşmiş Ştatlar və Avropa Birliyi Ukraynanın rusiyayönlü yaraqlıların nəzarətində olan şərqində əsgər və silahlardan ibarət karvanların hərəkətindən narahatlığını bildirib.

Ağ Ev yaraqlıların daha böyük ərazi tutmağa yönəlik hər hansı cəhdi 5 sentyabr atəşkəs sazişini pozacağını bəyan edib. Milli Təhlükəsizlik Şurasının sözçüsü Bernadette Meehan Rusiyanı yaraqlıları silahlandırmağı dayandırmağa və Ukraynadan bütün əsgərləri və silahları çəkməyə səsləyib.

Oxşar xəbərdarlığı Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini də səsləndirib.

Moskva apreldən dörd min nəfərin ölümünə gətirmiş münaqişədə hər hansı rolunu danır.

ATƏT noyabrın 8-də bildirib ki, müşahidəçiləri Ukraynanın şərqində əsgər karvanı görüb. Ukrayna yeni əsgərlərin Rusiyadan gəldiyinə şübhəsi olmadığını bildirib. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol