Menu

“Ayağımla çənəsinə zərbə endirdim...” - Skripka Duqinlə davasını xatırlayıb

22.08.2022, 20:30
“Ayağımla çənəsinə zərbə endirdim...” - Skripka Duqinlə davasını xatırlayıb

Ukraynalı müsiqiçi Oleq Skripka xatırlayıb ki, qızı avtomobilində partladılan putinist Aleksandr Duqini bir dəfə necə ayağı ilə vurub.

«Hələ Rusiyanın hərbi təcavüzünə qədər, 90-cı illərin sonunda, Moskvanın gecə klublarında münaqişəmiz olub. Və həmin vaxt münaqişə bizim qələbəmizlə başa çatıb. Ukraynaya eşq olsun!» - Skripka özünün «Feysbuk» səhifəsində yazıb (UNİAN).

Skripka bu posta yerli KİV-in skrinşot materialını əlavə edib. Onun sözlərinə görə, material o zaman onun mövqeyini bölüşüb.

««Akvatoriya»nın darısqal qrim otağında ukraynalı rok-ulduzlar Duqinin çıxışını diqqətlə dinləyiblər. O, ukraynalıları Böyük Avrasiyanın satqınları kimi təqdim edib. Havadan milli qisasçılıq qoxusu gəlib. Oleq Skripka, yüngül paltosuna bürünərək, çıxışa doğru yönəlib və bu zaman onunla rastlaşıb.

O zaman KİV-lər yazıbmışlar ki, Duqin toqquşma zamanı Skripkanın anasına söyüb. Ukraynalı musiqiçinin reaksiyası ildırımsürətli olub - o, dinməzcə Duqinin çənəsinə ayağı ilə zərbə endirib.

«Duqin ukraynalını görərkən, onu söyüb. Skripka cavabında heç bir söz demədən, havada «uçaraq» ayağı ilə rusiyalının çənəsinə gözəl bir zərbə vurub» - materialda deyilir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol