Menu

“Dünyada yalnız iki nəfər Putinə təsir göstərə bilər” - Ekspert

24.08.2022, 00:10
“Dünyada yalnız iki nəfər Putinə təsir göstərə bilər” - Ekspert

Ukraynanın Gələcək Institutunun hərbi eksperti, Ukrayna Təhlükəsizlik Şurasının keçmiş əməkdaşı və Ukrayna Ali Radasının Milli təhlükəsizlik və müdafiə məsələləri üzrə məsləhətçisi İvan Stupak hesab edir ki, yalnız Türkiyənin və Çinin liderləri Putinə hansısa təsir göstərmək gücündədir.

Bu barədə o, «TSN»-nin efirindən danışıb - ekspert işğalçıların Mariupolun əsir müdafiəçiləri üzərində nümayişkəranə məhkəmə keçirmək niyyəti ilə bağlı situasiyanı şərh edib.

«Biz, bilirik ki, heç bir beynəlxalq təşkilat Putinə və ya onun hansısa vertikalına təsir göstərə bilməz. Nə BMT, nə ATƏT, nə Qızıl Aypara. Mən, bu tarixi görürəm ki, yalnız dünyada iki nəfər Putinə təsir göstərə bilər. Bunlar - Çinin rəhbəri Si Tsizinpin və Türkiyənin başçısı Rəcəb Tayyib Ərdoğandır» - Stupak bəyan edib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının Prezidenti yuxarıda xatırladılan dünya liderlərinə hörmət edir, o, onların müdafiəsində maraqlıdır. «Bu iki adam ona zəng vurub, telefonla deyə bilər: «Volodya, gəl, yekunlaşdır» - hərbi ekspert deyib.

AzPolitika.info

Şərhlər

B.Qarabağlı 2022-08-24 10:07:32

İvan Stupakın komplimentə çevrilmiş sülh arzusu! V.V.Putinin mövqeyini isə iqtisadi görünməyən, hansısa maraqlara uyğun Xarici Siyasəti formalaşdırır. Güman ki, yeni Baş Nazir də həmin mövqedədir və əks halda təcili istefa verərdi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol