“Bizim yeganə səhvimiz o oldu ki, biz qonşumuza həddindən artıq çox güvəndik. Budapeşt Memorandumuna inandıq və ordumuzu gücləndirməyə çox da əhəmiyyət vermədik”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın Müdafiə naziri Aleksey Reznikov yerli mətbuata açıqlamasında deyib.
Reznikov bildirib ki, Gürcüstan və Ukrayna 2008-ci ildə NATO-ya qəbul olunsaydı, bu ölkələrin heç birində müharibə baş verməyəcəkdi: “Ancaq biz inanırıq ki, “NATO”-nun köməyi ilə işğalçılara qalib gələcəyik. Rusiya indi orada yaşayan müxtəlif xalqlar üçün həbsxanaya çevrilib”.
“Bu gün biz ölkəmizin var olması uğrunda mübarizə aparırıq. Biz 30 ildən artıqdır ki, müstəqil yaşayırıq. Ukrayna müharibənin ilk günlərindən siyasi arenada qalib gəlir. Və inanırıq ki, “NATO”-nun dəstəyi ilə Ukrayna ordusu döyüş meydanında da qələbə çalacaq”, - deyə o, əlavə edib.
Müdafiə Nazirliyinin rəhbəri bu il ukraynalılar və bütün dünya ictimaiyyəti üçün xoş və müsbət xəbərlər vəd edib.
“AzPolitika.info”


Şərhlər