Menu

DİN hərbçinin yol qəzasında ölümü ilə bağlı məlumat yayıb

27.08.2022, 12:46
DİN hərbçinin yol qəzasında ölümü ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlunun yol qəzasında ölümü ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol