“Artıq Rusiya Donetsk bölgəsini ələ keçirmək üçün ciddi səylər göstərməyəcək”.
“AzPolitika.info” xəbər verir ki, bunu “FreeDom” kanalının efirində təhlükəsizlik məsələləri üzrə ukraynalı ekspert İvan Varçenko deyib.
“Ruslar Ukraynanın müstəqilliyinin 31-ci ildönümünün olmayacağını düşünürdülər. Lakin rus işğalçıları bu istəklərini alt aydan artıqdır davam edən müharibə müddətində gerçəkləşdirə bilmədilər”-deyə, ekspert bildirb.
Onun sözlərinə görə, artıq Rusiya Donetsk bölgəsini ələ keçirmək üçün böyük qüvvə sərf etməyəcək: “Hazırda Rusiyanın əsas məqsədi Baxmut, Avdiivka, Kramatorsk və Slavyanskı ələ keçirməkdir”.
“AzPolitika.info”.


Şərhlər
Ay san öləsən, urus!