Menu

Rusiya işğal etdiyi Krıma yeni hərbi kolon göndərib - VİDEO

27.08.2022, 14:14
Rusiya işğal etdiyi Krıma yeni hərbi kolon göndərib - VİDEO

Rusiya Krımdakı hərbi qüvəllərinin sayını artırır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukraynanın “UNİAN” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Krıma göndərilən yeni hərbi kolona- tanklar, artilleriya sistemləri, piyada döyüş maşınları, traktorlar və yanacaq çənləri daxildir.

Həmçinin qeyd olunur ki, işğalçılar Krıma T-72, T-80 tankları, özüyeriyən haubitsaları - 155 mm-lik 2S19 Msta-S, 122 mm-lik 2S1 Qvozdika və piyadaların döyüş maşınlarıyla yanaşı, xüsusi texnikalar- traktorlar və İMR-1 tipli mühəndis maneələrinin qarşısını alan maşınlar da köçürüblər.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol