Menu

KORONAVİRUSDAN ÖLÜM SAYINDA KƏSKİN ARTIM - Yoluxma sayı nisbətən azaldı

27.08.2022, 19:56
KORONAVİRUSDAN ÖLÜM SAYINDA KƏSKİN ARTIM - Yoluxma sayı  nisbətən azaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 428 yeni yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada koronavirusdan 9 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 811 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 798 143 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 611 aktiv xəstə var. Bu günə qədər 9 805 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 215, bu günə qədər isə ümumilikdə 7 142 025 test icra olunub.

Şərhlər

Said 2022-08-27 20:32:37

Korona virus, qrip kimi bir şeydir. Ölənləri korona virusa yazmaqla ........... . Xalqın sizə inamı itib. Baxın sizin xəbərə neçə nəfər baxır?????

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol