Menu

"TÜRKÜN GÜCÜNÜ GÖRDÜNÜZ, YENƏ GÖRƏCƏKSİNİZ!" - Hərbçimizin paylaşımı + VİDEO

28.08.2022, 18:00
"TÜRKÜN GÜCÜNÜ GÖRDÜNÜZ, YENƏ GÖRƏCƏKSİNİZ!" - Hərbçimizin paylaşımı + VİDEO

"Zabux və Sus kəndlərində nəzarəti ələ keçirən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgərləri Laçında Türkiyə bayrağını açaraq “Türklərin gücünü gördünüz, bundan sonra da görəcəksiniz",- deyə qeyd edib.

Hərbçimizin bu paylaşımı Türkiyədə gündəm olub, türk mətbuatında geniş yer verilib.

Sosial mediada da böyük rəğbətlə qarşılanan bu görüntülər Azərbaycan-Türkiyə qardaşlığının bir daha sarsılmaz olduğunun sübutu kimi şərh edilib.

Qeyd edək ki, avqusun 26-da Prezident İlham Əliyev Azərbaycan Ordusunun Laçına yerləşdiyini açıqlayıb. Bu fakt Azərbaycan qədər Türkiyədə də böyük sevinclə qarşlanıb. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı dövlətimizin başçısına və bütün Azərbaycan xalqına öz adından və Türkiyə xalqı adından sevinc hisslərini çatdırıb.

Dövlətimizin başçısı öz növbəsində öz adından və Azərbaycan xalqı adından Türkiyə Prezidentinə və qardaş Türkiyə xalqına təbriklərə görə təşəkkürünü bildirib.

Şərhlər

Mehmam 2022-08-29 21:26:55

Sizi RƏBBİM qorusun. Allahu Akbar

Türk Turan 2022-08-29 00:24:27

Nə mutlu Türküm deyənə! Var olun, vətən oğulları! Yaşa Azərbaycan! Allahu Əkbər!

Kazım 2022-08-28 16:37:01

Vətən oğlu, türk oğlu!!! Allah sizləri qorusun!

Vasif Talıblı 2022-08-28 14:16:14

HALAKL OLSUN BELƏ OĞULLARA! VAR OLSUN TÜRKƏM DEYƏN ÖVLADILARIMILZ!

Faiq 2022-08-28 13:29:38

Türkün gücünü sizi kim oğullarımız göstərdi . Bundan sonra da göstərəcək. Riusa, farsa xidmət edən itlər hərbidəki türk oğullarınln gücü qarçısında yalnız zingildəyirləır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol