Menu

“Azərbaycan hökumətini və xalqını təbrik edirəm” - Səfir

29.08.2022, 11:30
“Azərbaycan hökumətini və xalqını təbrik edirəm” - Səfir

“Qardaş dövlət olaraq, İran Azərbaycanın Laçın üzərində nəzarəti bərpa etməsinə şaddır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib.

“Biz çox xoşbəxtik, bu, tarixi bir gündür. Azərbaycan öz torpaqlarını, öz ərazi bütövlüyünü bərpa edir. Bu hadisə münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edirəm”, - səfir deyib.

Xatırladaq ki, avqustun 26-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun Laçın şəhəri, Zabux və Sus kəndlərini nəzarətə götürdüyünü bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol