Menu

"Azərbaycan avqust ssenarisini təkrarlamalı olacaq" - Ramiz Yunus

02.09.2022, 15:32
"Azərbaycan avqust ssenarisini təkrarlamalı olacaq" - Ramiz Yunus

"Əgər Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü ölkələr arasında bir-birinin ərazi bütövlüyünün tanınması şərti ilə sülh müqaviləsinin imzalanmasını yaxınlaşdırmasa, o zaman Azərbaycan son avqust ssenarisini təkrarlamalı olacaq".

"AzPolitika.info" xəbər verir ki, bunu Vaşinqtonda yaşayan azərbaycanlı siyasi təhlilçi Ramiz Yunus bildirib.

Ekspert xatırladır ki, o zaman rəsmi İrəvan rəsmi Bakının Laçın və ona bitişik kəndlərin vaxtından əvvəl azad edilməsi tələbləri ilə razılaşmağa məcbur oldu.

"Ermənistanda bunu nə qədər tez başa düşsələr, regionda sülh bir o qədər tez bərqərar olacaq, ona görə də dünyada mövcud siyasi vəziyyətdə Rusiyaya, Avropa İttifaqına və ya ABŞ-a müraciət etmək cəhdləri uğursuzluğa məhkumdur. Şərqdə necə deyərlər: “Ağıllı adama sadə bir işarə kifayətdir"- deyə, təhlilçi vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol