Latviya paytaxtında bir qrup “Z” əməliyyatı tərəfdarı olan rus mənşəli şəxslər içkili vəziyyətdə küçə yürüşü təşkil ediblər.
“AzPolitika.info” Qərb mətbuatına istinadla xəbər verir ki, gecə saatlarında küçədə “Katyuşa” mahnısını oxuyan ruslar yerli polis tərəfindən saxlanılıb. Xüsusi aktivliyi ilə seçilən bəzi “Z sevərlər” polis tərəfindən qandallanaraq, bölməyə aparılıb.
Xatırladaq ki, NATO üzvü olan Latviya ərzisində çoxsaylı rus icması yaşayır. Bu icma üzvlərinin böyük əksəriyyəti Rusiya əhalisi kimi hələ də şovinizm və imperializm xəstəliyindən əziyyət çəkir. Putin, Lavrov və digər Rusiya rəhbərlərinin xarici ölkələrdəki rusdilli əhalini “qorumaq” vədləri, eləcə də Ukraynaya qarşı başlanan işğalçılıq savaşı bu kəsimi daha da aqressiv edib.
Onu da qeyd edək ki, “Katyuşa” mahnısı daha çox İkinci Dünya Müharibəsi zamanı SSRİ-nin istifadə etdiyi eyni adlı artilleriya qurğuları ilə assosasiya edilir.
“AzPolitika.info”


Şərhlər
Başına deysin bunların “Katyuşası”.Deqiq araşdırılsa bunların dünya sehnesine çuxarılacaq emelli başlı heç bir silahı yoxdur hamısı НКВД-нин Блефлеридир.
Doğru olaraq həbs edildilər.