Menu

Türkiyə Krıma nümayəndə heyəti göndərir

10.11.2014, 15:39
Türkiyə Krıma nümayəndə heyəti göndərir

“Türkiyə bütün beynəlxalq təşkilatlar səviyyəsində Krımın Rusiya tərəfindən ilhaqının tanınmaması mövqeyini müdafiə etməkdə davam edir”. Musavat.com-un UNİAN-a istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazirin sözlərinə görə, Ankara məhz Ukrayna tərəfinin Krım tatarlarına və yarımadanın digər əhalisinə kömək göstərə biləcəyi qənaətində olduğu üçün rəsmi Kiyevlə mütəmadi əlaqədədir. Bundan əlavə, o, hazırda Türkiyə Dini və İnkişaf Məsələləri üzrə Agentliyinin belə köməkliyin göstərilməsinə cəlb edilməsi məsələsinin nəzərdən keçirildiyini də bildirib.

“Gündəlikdə həmçinin, yerli əhalinin necə yaşadığını öyrənmək üçün Krıma qeyri-rəsmi nümayəndə heyətini göndərmək məsələsi də var” - əlavə edib XİN başçısı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol