Menu

ARDNF qızıldan yarım milyarda yaxın zərər edib - Ötən il Fondun mənfəəti 71 faiz azalıb

03.09.2022, 15:15
ARDNF qızıldan yarım milyarda yaxın zərər edib - Ötən il Fondun mənfəəti 71 faiz azalıb

2021-ci ilin yekunları üzrə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xalis mənfəəti 1 milyard 556,203 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 71% azdır.

“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə ARDNF-in PWC beynəlxalq audit şirkəti tərəfindən təsdiq edilmiş 2021-ci ilə dair maliyyə hesabatında deyilir.

Dərc edilmiş maliyyə hesabatına əsasən, ötən il fondun əməliyyat gəliri 1 milyard 568,011 milyon manat (azalma 70,6%) təşkil edib.

2021-ci ildə fondun məzənnə fərqindən gəlirləri 1 milyard 504,135 milyon manat məbləğində (artım 21%) olub.

ARDNF-in faiz gəlirləri 4,329 milyon manat (azalma на 93,3%), dividend gəlirləri 513,091 milyon manat (artım 50,5%), icarə gəlirləri 35,906 milyon manat (azalma 43,8%), qızıl külçələr üzrə zərəri 472,75 milyon manat (2020-ci ildə 2 milyard 59,788 milyon manat məbləğində gəlir) təşkil edib.

Hesabata əsasən, 2021-ci ildə fondun aktivləri manat ekvivalentində 3,4% – 76 milyard 917,411 milyon manata qədər, cari aktivləri 3,5% – 73 milyard 910,573 milyon manata qədər, uzunmüddətli aktivləri 1,6% – 3 milyard 6,838 milyon manata qədər artıb.

Fondun öhdəlikləri 8,9% – 584,978 milyon manatadək azalıb.

2021-ci ildə ARDNF-in kapitalı 3,5% – 76 milyard 332,433 milyon manata qədər artıb, o cümlədən kapital qoyuluşu 33 milyard 845,78 milyon manat (artım 4,1%), ümumi bölüşdürülməmiş mənfəəti 41 milyard 825,204 milyon manat (artım 3,9%) təşkil edib.

Xatırladaq ki, ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

Şərhlər

Bakılı 2022-09-03 17:31:26

Neft fondunun qığılla nə əlaqəsi?Niyə neft.qazdan gələn gəlir ölkə daxilində cəmlənmir?Təqaüdçüləri məngədə sıırsınız,yarım milyard banklarda.ya başqa ölkələrdə batırırsınız.Bu necə maliyyəçilik,iidarəçilikdir?

B.Qarabağlı 2022-09-03 16:14:25

Neft fondunun qızıl biznesi ilə nə işi? Onlarla neft-qaz, texnoloji emal obyektləri illərlə sərmayə gözləməkdədir. Heç 27 il gözlənən Qarabağ Bərpa fonduna ildə 0.7-1milyarda dollar köçürülsəydi?

rR 2022-09-03 15:52:37

Bes sorushan var? orda ishleyen memurlar heresi 200/300 minlik mashin ev sahibidiler ) hardandi bu pullar ? bu maashla !!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol