Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. “Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Vladivostok İqtisadi Forumu çərçivəsində keçiriləcək görüşdə onlar üçtərəfli bəyanatların icrasını müzakirə edəcəklər: “Rusiya üç ölkə lideri arasında imzalanmış üçtərəfli bəyanatlar əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına hərtərəfli yardımını davam etdirir”.


Şərhlər
AI vasiteciliyine qisqancliqla yanasan Rusiya
Putinin imzasina hormetle yanashib 3 terefli beyanati tezlikle tam hell etmelidir!!!
Putinin imzaladigi beyantin helli Rusiyanin ozu terefinden uzadildiqca vasitecilerin sayi artacaq!!
Putin oz imzasina hormet ede bilmirse Rusiya hec kesi qinamasin!