Menu

“Qış uzun olacaq...”- “Qazprom” şirkəti Avropanı bu cür hədələdi + VİDEO

07.09.2022, 15:05
“Qış uzun olacaq...”- “Qazprom” şirkəti Avropanı bu cür hədələdi  + VİDEO

Rusiyanın “Qazprom” şirkəti yayımladığı video ilə Avropa ölkələrinə xəbardarlıq edib.

“AzPolitika.info” beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, “Qazprom”un paylaşdığı “Qış uzun olacaq” adlı videoda enerji qiymətlərinin bahalaşması fonunda Avropanın hansı vəziyyətə düşəcəyi əks olunub.

Paylaşılan kadrlarda bir işçinin qaz təchizatını dayandırması, qaz təzyiqinin sıfıra enməsi və ardınca qarlı-şaxtalı buludların Brüssel, Berlin, Paris və London şəhərlərinə doğru hərəkət etməsi görünür.

Həmin kadrlar yayımlanarkən, arxa fonda bu bu medlodiyalar səsləndirilir: “Bax, çayın o tayında, payız sakitcə ölür... Qış isə uzun olacaq, yalnız şaxta və qar olacaq”.

Videoda bu yaxınlarda fəaliyyəti dayandırılan “Şimal axını 2” boru kəməri də əks olunub. Klip “Qazprom”un Sankt-Peterburqdakı baş qərargahından yayımlanan kadrlarla başa çatır.

Paylaşımın Avropanın elektrik enerjisinin kəsildiyi və enerji böhranı ilə mübarizə apardığı bir vaxta təssadüf etməsi isə böyük marağa səbəb olub.

Qeyd edək ki, hazırda Rusiya qazının bir hissəsi Ukraynadan keçən boru kəməri ilə Avropaya, digər hissəsi isə Qara dəniz vasitəsilə Türkiyəyə, oradan da Bolqarıstana gedir.

Ekspertlər xəbərdarlıq edirlər ki, Rusiya bu qış Avropaya qaz verilişini tam şəkildə dayandıra bilər. Helsinkidə yerləşən Enerji və Təmiz Hava Araşdırma Mərkəzindən verilən məlumatına görə, Rusiyanın fevral-avqust aylarında qaz ixracından əldə etdiyi gəlir 158 milyard avroya çatıb.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol