Menu

Ukrayna ordusu hücum əməliyyatları haqda niyə məlumat vermir? – Dörd səbəb...

07.09.2022, 16:21
Ukrayna ordusu hücum əməliyyatları haqda niyə məlumat vermir? – Dörd səbəb...

Ukrayna ordusunun iki həftədir Xerson, İzyum, Xarkov istiqamətlərində davam etdirdiyi əks-hücum əməliyyatları məxfi saxlanılır. Hərbi-siyasi rəhbərlik bunun səbəbini rəsmən açıqlamasa da, Zelenski administrasiyasına yaxın ekspertlər təhlükəsiz əməliyyat şəraitinin vacibliyini əsas gətirirlər. Bununla belə sosial şəbəkələrdə Rusiya ordusuna endirilən zərbələr, hərbçilərin əsir götürülməsi, logistika xətlərinin, zirehli texnikanın vurulmasını əks etdirən görüntülər paylaşılır.

Azərbaycan ictimaiyyətinin də yaxşı tanıdığı, məşhur ukraynalı hərbi bloger Yuri Butusov Ukraynanın uğurlu hücum əməliyyatlarını elan etməməsini belə izah edib: 

- Rusiya ordusu artilleriya, aviasiya, raket sistemləri, zirehli texnika və döyüş sursatlarında çoxsaylı üstünlüyü saxlayır və biz texnikadan daha az dəstək alan piyadalarla hücuma keçirik. Buna görə də bütün hücum hərəkətləri uğurlu alınmır, amma döyüş qabiliyyətini saxlamaq lazımdır. Ona görə də bəzi hücum xətlərində düşmənin güclü müqaviməti zamanı diqqəti cəlb etmədən geri çəkilmək lazım gəlir;

- Siyasətçilər xoş xəbər istəyirlər və uğur anonsları ilə ordu rəhbərliyindən yüksək gözləntilər yaradırlar. Nəticədə, komandirlərə qarşı yaranan arzuolunmaz təzyiqlər onları vəziyyətlə bağlı qərar qəbul etmək azadlığından məhrum edir. Xatırladım ki, Severodonetskdə siyasi müdaxilə orduda dəyişikliklərə səbəb olub. Komandanlığın səhv qərarlar qəbul etməsi ağır nəticələrə, faciələrə səbəb oldu ki, bu da sırf əməliyyatların kifayət qədər siyasiləşməsinin nəticəsi idi;

- Rusiya komandanlığı tez-tez real vəziyyəti təhrif edir, qərarların qəbulu çoxlu sayda komanda strukturlarından ləng keçir. Ona görə də hücum ərazilərimizin müəyyənləşdirilməsi vəziyyəti qiymətləndirməyi asanlaşdırır;

- Biz sıx rəqabətli informasiya sahəsində video və foto-faktlar dünyasında yaşayırıq. Buna görə də əks-təbliğatda rəqibinin istifadə etdiyi uğur vədləri və ya təsdiqlənməmiş uğurları deyil, hadisə yerindən çəkilən video və foto-faktlar ən böyük təsirə malikdir. İnformasiya müharibəsi müasir müharibənin ən yüksək sahəsidir və maksimum etibarlılıq və dəlil ortaya qoyulduqda effektivdir".

Rasim

"AzPolitika.infio"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol