Rusiya Federal Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilin birinci yarısında ölkəni 419 min nəfər tərk edib, onlardan 49 mini Ermənistana gedib. Ukrayna və Tacikistana gedənlərin sayı is daha çoxdur - müvafiq olaraq 79,6 min və 58,4 min nəfər. Ermənistan ilk üçlükdə qərarlaşıb.
"AzPolitika.info" xəbər verir ki, Vladivastokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında bu məsələ də müzakirə olunub.
Baş nazir Nikol Paşinyan bildirib ki, hətta nəzəri cəhətdən Ermənistan sanksiyalara məruz qalsa belə, bu, Rusiya üçün sərfəli olmayacaq.
“Ona görə də biz əməkdaşlıq etməyi, imkanlardan səmərəli istifadə etməyi, təkcə Ermənistanı deyil, həm də Avrasiya iqtisadi Birliyini narahat edən təhlükələri müşahidə etməyi, onları neytrallaşdırmaq üçün təkliflər veririk”, - Baş nazir deyib.
Onun sözlərinə görə, bir çox ruslar xarici şirkətlərdən maaş almalı olduqları üçün Ermənistana köçüblər, lakin indi bank sektorundakı boşluqlar onlara bəzi problemlər yaradır.
O ümid etdiyini bildirib ki, Rusiyadan köçənlər Avrasiya İqtisadi Birliyinin daxilində hərəkət azadlığı kimi qiymətləndirilməlidir. Paşinyan bununla dolayısı ilə Rusiyanı ölkəni tərk edən mütəxəssislərə problem yaratmaqda qınayıb.
Paşinyan qeyd edib ki, artıq yanvar-fevral aylarında Ermənistanda yüksək iqtisadi artım planlaşdırılırdı, martda müəyyən narahatlıq var idi, amma Ermənistana Rusiyadan köçənlər kömək edib: “Biz rusiyalı həmkarlarımızla daim əlaqə saxlayırıq. Elə sahələr var ki, birlikdə inkişaf etdirmək olar, yaxşı dinamika yaranıb, Rusiya regionlarının da erməni həmkarları ilə birgə işləməyə marağı var”.
Baş nazir qeyd edib ki, Rusiya vətəndaşları Ermənistanda çox xoş qarşılanır. Onun sözlərinə görə, rusiyalı həmkarları ilə müzakirələr zamanı o, dəfələrlə qeyd edib ki, köçürülənlərin Ermənistandan Rusiyaya qayıtma ehtimalı Fransa və ya ABŞ-dan dəfələrlə çoxdur.
O xatırladıb ki, Rusiya 30 il ərzində Ermənistanın ən böyük ticarət-iqtisadi tərəfdaşıdır. Lakin indi İrəvan iqtisadi əməkdaşlığın keyfiyyətini dəyişmək üçün fürsət görür.
Putin isə Paşinyanın dediklərinə cavab olaraq deyib ki, onlar Rusiya biznesinə fayda verən hər şeyi alqışlayırlar:“Əgər şərait elədirsə ki, İT mütəxəssisləri üçün Ermənistanda işləmək məqsədəuyğun və sərfəlidir, biz etiraz etmirik. Allah rizası üçün işləsinlər. Ermənistan bizim üçün yad ölkə deyil, hər şey yaxındır, İrəvanda işləyə bilərsiz”.
Onun sözlərinə görə, əgər bu gün ruslar üçün orada işləmək daha sərfəli və rahatdırsa, deməli, bunda qeyri-adi heç nə yoxdur. Üstəlik, çoxları artıq geri qayıdıblar. Anlayıblar ki, heç bir dəhşətli hadisə baş vermir, sanksiyalara baxmayaraq, hər şey normal rejimdə işləyir.
"Siz İrəvanda işləyə və Moskvada yaşaya bilərsiniz", - Putin əlavə edib.
Rasim
"AzPolitika.inbfo"


Şərhlər
Sədi Şirazi görür biri çox pis səslə Quran oxuyur,deyir niyə oxuyursan?Oxuyan deyir "Allah xatirinə oxuyuram".Sədi də deyir "Allah xatirinə,oxuma".Yəni bircə vergül işarəsi mənanı tam dəyişir.Putinin cümləsində də "Allah rizası üçün"dən sonra vergül olmalıdır.O zaman məna tam dəyişəcək.