Menu

"Rusiya müharibəyə görə çox ağır bədəl ödəyəcək" - MKİ direktoru

08.09.2022, 19:11
"Rusiya müharibəyə görə çox ağır bədəl ödəyəcək" - MKİ direktoru

Rusiya Ukraynadakı müharibəsinə görə uzun müddət çox ağır bədəl ödəyəcək.

APA-nın CNN-nə istinadən xəbərinə görə, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Bill Börns Vaşinqtonda keçirilən kibertəhlükəsizlik konfransında deyib.

O qeyd edib ki, müharibə yalnız Rusiya hərbi qüvvələrinin zəifliklərini ifşa etməyib, həm də onun iqtisadiyyatını uzunmüddətli zərərlərə məruz qoyub.

Börns Kiyev qüvvələrinin ölkənin cənubunda və Xarkov istiqamətindəki əks-hücumları ilə bağlı vurğulayıb ki, ukraynalıların imkanlarını və cəsarətini az qiymətləndirmək olmaz.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol