Menu

Ukrayna ordusu Rusiyaya məxsus silah anbarını məhv etdi

12.09.2022, 10:05
Ukrayna ordusu Rusiyaya məxsus silah anbarını məhv etdi

Ukrayna silahlı qüvvələri son sutka ərzində ölkənin cənubunda Rusiyaya məxsus çox sayda texnikanı məhv edib. APA-nın xəbərinə görə, bu barədə Cənub Operativ Komandanlığı məlumat yayıb.

Bildirilir ki, son sutka ərzində Ukrayna hərbi aviasiyası cənub istiqamətində 3 zərbə həyata keçirib. Artilleriya 270 döyüş tapşırığı icra edib.

Hərbi əməliyyatlar zamanı 2 silah anbarı, 1 radioelektron mübarizə stansiyası, 4 tank, 4 zirehli texnika, 3 özüyeriyən artilleriya qurğusu məhv edilib, qırxdan çox hərbçi zərərsizləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol